Bu Psixologiya Mərkəzinə "psixoloji" dəstək lazımdır... Kassadan 6 min oğurlanıb.

Sumqayıtda yerləşən psixologiya mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.
Sehiyye.info xəbər verir ki, gecə saatlarında mərkəzə gələn şəxs və ya şəxslər mərkəzə daxil olub əməllərini törədiblər.
Hadisə şəhərin 51-ci məhəlləsində İsmət Qayıbov küçəsində baş verib...
Məlumata görə, naməlum şəxs və ya şəxslər mərkəzə daxil olmamışdan qabaq oranın daxili təhlükəsizlik kamera sistemini sıradan çıxarıblar. Mərkəzə xüsusi yollarla daxil olan şəxslər kassasından 6 min manatdan çox pulu götürərək aradan çıxıblar.
Hadisənin baş vermə anı isə təhlükəsizlik kamerasına düşüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.