Tibb Universitetinin professoru vəfat etdi
Professor Səfixan Həsənov vəfat edib.
Azərbaycan Tibb Universitetinin Birinci Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Şamil oğlu Həsənov vəfat edib.
Sehiyye.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 2017-ci ildən ATU-nun I Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edib.
S.Həsənov 200-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyənin, 3 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifi idi.