sehiyye.info

Tanınmış əməkdar həkim vəfat edib.

Tanınmış əməkdar həkim vəfat edib.
Ötən gün tibb elmləri doktoru, professor, Əməkdar Həkim Seyidov Vaqif Cavad oğlu 81 yaşında vəfat edib.
Xatırladırıq ki,respublikanin əməkdar həkimi,tibb elimlər doktoru,professor,Sankt Peterburq elmi akademiyasınin müxbür üzvü,ali dərəcəli cərrah Seyidov Vaqif Cavad oqlu 1 iyun 1941 ci ildə anadan olmusdu.1960 ci ildə Nərimanov adina ATU-nin müalicə profilaktika fakultəsinə daxil olub,1966-ci ildə oranı bitirmişdir.1966-ci ildə Topçubaşov adına klinik və Eksperemental Təbabət instituna işə qəbul olmuşdur.Klinik ordinatura- əvvəl kiçik elmi işçi kimi,sonralar baş elmi işçi və cərrahi qastroenteraloqiya şöbəsində rəhbərlik etmişdir.1970-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.Səhiyyə Nazirliyindən Moskvaya Tibb Akademiyasının Bakulev adına instituna ezamiyyə olunmuş və doktorluq dissertasiyasını orada yerinə yetirmiş,1979-ci ildə vətənə qayitmış öz çalışdığı institutda fəaliyyət göstərmişdir.
1980-1983 cü illərdə Bakı şəhərinin,,sonralar Səhhiyyə Nazirliyin baş cərrahı olmuş,eyni zamanda Mərkəzi klinikanın cərrahiyyə şöbəsində müdir işləmişdir. 1998-2000 -ci illərdə Müdafiiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalın baş cərrahı-konsultantı olmuşdur.2000-2002 ci illərdə Neftçilər Xəstaxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2002-2007 ci illərdə Leyla Şixlinskaya klinikasında cərrahiyyə şöbəsinn müdiri olmuş.2007 ci ildə Tusi adına klinikada cərrahiyyə şöbə müdiri çalışmış və nahayət 2013 ildə Leyla Şixlinskaya klinikasına cərrahiyyə şöbənin müdiri vəzifəsinə qayitmışdır.
222 elmi əsərin,4 monoqrafiya, 5 metododik vəsaitin müəllifidir.
Onun ümumi redaksiyası altında hərbi səhra cərrahlığı buraxılmışdır.9 ixtiranın,17 səmərələşdirici təklifin müəllifi,7 nəfər tibb elmləri namizədi yetişdirmişdir.



REKLAM