sehiyye.info

Bakıda iki yaşlı uşaq evin balkonundan yıxılıb öldü

Bakıda iki yaşlı uşaq evin balkonundan yıxılıb öldü
Bakıda azyaşlı uşaq evin balkonundan yıxılaraq ölüb.
Sehiyye.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib.
Sözügedən küçədə mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.//Olke.az



REKLAM