sehiyye.info

Məktəbdəki zəhərlənmənin səbəbi açıqlandı

Məktəbdəki zəhərlənmənin səbəbi açıqlandı
Şəki rayon Qudula kənd orta məktəbinin şagird və əməkdaşları arasında allergiya halları qeydə alınıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.
“Narahatlıq keçirmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Qeyd olunan şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə allergiyaya məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava tempraturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq hadisəni yaratdığı ehtimal edilir”, - deyə qeyd olunub.//yeniavaz



REKLAM