sehiyye.info

Səhərlər güclənən baş ağrıları bu xəstəliyə işarə edir

Səhərlər güclənən baş ağrıları bu xəstəliyə işarə edir
Səhərlər pisləşən baş ağrıları və öskürək diqqətdən kənarda qalmamalı olan xəbərdarlıq əlamətləri ola bilər.

Sehiyye.info xəbər verir ki, bu sözləri Onkoloq Andrey "Medikforum" portalına müsahibəsində deyib. Həkimin sözlərinə görə, səhər saatlarında güclənən baş ağrıları beyin şişlərinin xarakterik simptomlarıdır. İnsan bütün gecəni yataqda yatanda şiş təbii dövrana maneə törətdiyindən beyində onurğa beyni mayesi yığılır və gün ərzində maye azalır. Beyin xərçəngi olan xəstələrin təxminən 77% -ində bu ağrı simptomlarına rast gəlinir. Həkim əlavə edib ki, belə bir baş ağrısının əsas əlaməti başın hər iki tərəfində hiss olunmasıdır.

Bundan başqa qıcolmalar, özünü pis və xəstə hiss etmək, yuxululuq hissi, yaddaş zəifliyi, uyuşma və bədənin bir tərəfində zəiflik beyin şişin digər əlamətləri arasında yer alır. Səhər saatlarında güclənən öskürək isə ağciyər xərçənginin əsas əlamətləridir. Xəstə siqaret çəkəndirsə, bu simptom daha da güclənir.

"Öskürək yoluxucu orqanizmləri ağciyərlərə daxil olmaqdan qoruyan bir refleksdir. Ağciyər xərçəngi zamanı şiş tənəffüs yollarını qismən bağlaya və gecə ərzində bəlğəmi saxlaya bilər", - Vorobyov bildirib.//publika



REKLAM