sehiyye.info

Qrip və soyuqdəymə ilə səhv salınan xərçəng növü - Onkoloqdan

Qrip və soyuqdəymə ilə səhv salınan xərçəng növü - Onkoloqdan
Ağciyərlərin xərçəngi ilk başda heç bir simptom vermir.


Sehiyye.info xəbər verir ki, onkoloq Andrey Vorobyev ağciyərlərdə xərçəngin səhv salınan əlamətlərini açıqlayıb.
"Bu xəstəlik insandan insana fərqlənir. İnsanda heç bir simptom olmaya bilər, bəziləri isə özlərini sanki güclü soyuqdəymə, bronxit kimi hiss edir və öskürəyə görə müalicə alırlar.

Ancaq şiş böyüyəndə əsas simptomlar - arıqlama, qanlı öskürək, kürəkdə şiddətli ağrılar ola bilir..

Öskürək, təngnəfəslik, sinədə ağrı, səsin xırıldaması, qızdırma - təkcə pnevmoniyada olmur.

Ağciyər xərçənginin bir əlaməti də əl barmaqlarında dəyişiklikdir: barmaqlar nazilir, sanki əyilir və ucu qalın və böyük olur.

Əgər çox erkən mərhələdə aşkarlanarsa, ağciyər xərçəngi yaxşı müalicə olunur.

Keçməyən öskürək zamanı mnütləq KT etdirin".//medicina.az



REKLAM