sehiyye.info

Azərbaycanlı tələbə qız qrup yoldaşını bıçaqladı - SİQARETƏ GÖRƏ

Azərbaycanlı tələbə qız qrup yoldaşını bıçaqladı - SİQARETƏ GÖRƏ
Dağıstanda azərbaycanlı tələbə qız siqaretlə fotoya görə tələbə yoldaşını bıçaqlayıb.

Sehiyye.info xəbər verir ki, gənclər Azərbaycandan Dağıstana Pedaqoji Universitetin bədən tərbiyəsi fakültəsində təhsil almaq üçün gəliblər. Eyni yataqxanada yaşayan tələbələr uzun müddət dost kimi ünsiyyətdə olublar.

Azərbaycanlı tələbə mobil telefonla ağzında siqaret olan həmyerlisinin şəklini çəkib. Daha sonra siqaret çəkən qız valideynlərinin onun pis vərdişindən xəbər tutacağından qorxaraq tələbə yoldaşından şəkli silməsini istəyib.

Fotonun hələ də mövcud olduğunu bilən tələbə əsəbiləşərək yoldaşını qarnından bıçaqlayıb. Nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib, hücum edən şəxs isə saxlanılıb.



REKLAM