sehiyye.info

Dəmrov xəstəliyinin yeni növü həkimləri qorxuya saldı

Dəmrov xəstəliyinin yeni növü həkimləri qorxuya saldı
İnsanlarda trixofitozun (dəmrov) dərmanlara müqaviməti amerikalı həkimləri narahat edir.

Sehiyye.info xarici mediaya istinadən xəbərverir ki, ABŞ Səhiyyə Departamentinin CDC (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi) federal agentliyi hesab edir ki, bu, göbələklərin gizli epidemiyasına gətirib çıxara bilər. Artıq Nyu-Yorkda xəstəliyin iki ağır halı qeydə alıınb.

Bildirilib ki, infeksiya epizodları bir-biri ilə əlaqəli deyil. Xəstələrdən biri infeksiyanı 2021-ci ildə keçirib, digəri keçən yay Banqladeşdə xəstələnib. Mütəxəssislər göbələklərin genlərini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, söhbət "Trichophyton indotineae"in bu yaxınlarda aşkar edilmiş növündən gedir. Antifungal dərman terbinafinə müqavimət göstərib.

ABŞ-da bunlar ilk yoluxma hallarıdır ki, bu da ştammın yeni populyasiyada yayılmasını göstərə bilər.//publika



REKLAM