Bu insanlara isti suda çimmək olmaz
İsti vanna əlbəttə ki, son dərəcə xoş bir təcrübədir, lakin bəzi insanlar üçün bu, təhlükəli ola bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər ayıq-sayıq olmalıdırlar, çünki isti suda orqanizm tez qızır və orqanizmin təbii soyutma mexanizmləri işləmir. Nəticədə ürək döyüntüləri artır və bununla da ürəyin həddindən artıq yüklənməsi baş verir. Odur ki, bu insanlara 37 dərəcədən yuxarı temperaturda çimmək tövsiyə edilmir.
Sehiyye.info xəbər verir ki, bu sözləri "Teledoctor24"-ün terapevti Anastasiya Menyailova "Gazeta.ru"-ya müsahibəsində deyib.
İsti vannalar aşağı təzyiqi olanlar üçün də zərərlidir, çünki bu anda damarlar genişlənir və huşunu itirmə baş verə bilər. Yüksək temperaturu və soyuqdəyməsi olan insanlar üçün isti vannalar qəbul etmək riskilidir, prosedur yalnız vəziyyəti daha da ağırlaşdıra bilər. Miqren ağrıları güclənəndə də vanna qəbul etmək arzuolunmazdır, həmçinin tromboz varsa, bu, ürəyin yükünü əhəmiyyətli dərəcədə artıracaq.
"İsti vannalar qanda şəkər səviyyəsinin kəskin azalmasına səbəb ola bilər və bu, diabet xəstəsi üçün çox təhlükəlidir" ,- Menyailova əlavə edib.
Mütəxəssis həmçinin dəridə mikrotravma və quruluğa səbəb olma riskini azaltmaq üçün dəsmaldan ehtiyatla istifadə etməyi məsləhət görüb.//publika