sehiyye.info

ÜST-dən dəhşətli açıqlama - Hər 3 uşaqdan biri...

ÜST-dən dəhşətli açıqlama - Hər 3 uşaqdan biri...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada piylənmə səviyyələri ilə bağlı hesabatı açıqlayıb.

Sehiyye.info xəbər verir ki, hesabatda hər üç uşaqdan birinin obez olduğu və bu nisbətin artdığı bildirilib.

Açıqlamada piylənmənin bir çox yoluxucu olmayan xəstəliklər üçün risk faktoru olduğu qeyd edilib.

Avropada artıq çəki və piylənmə halı çox olan ölkələrdə yetkinlərin 60, oğlanların 29, qızların isə 27 faizi piylənmədən əziyyət çəkir.

Mayın 9 və 10-u Zaqrebdə keçirilən Avropa Liderlərinin və həyat yoldaşlarının Sammitində uşaqlarda piylənmənin qarşısını almaq üçün yeni Avropa Mərkəzinin yaradılmasını tələb edən Zaqreb Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, ÜST Avropanın 53 ölkəsində piylənmə hallarını müşahidə edib. 2020-2035-ci illər arasında piylənmədən əziyyət çəkən oğlan uşaqlarında 61, qız uşaqlarında isə 75 faizlik artım olacağı bildirilib.

Bölgədə 2035-ci ildə 5-19 yaş arası cəmi 17 milyon oğlan və 11 milyon qız uşağının piylənmə ilə yaşayacağı qeyd olunub.

Bütün yaş qruplarında artıq çəki və piylənmə ilə bağlı problemlərin həlli üçün 800 milyard dollar lazım olacağı bildirilib.(BakuPost)



REKLAM