sehiyye.info

Avropada ən incə qadınlar Azərbaycanda yaşamır:

Avropada ən incə qadınlar Azərbaycanda yaşamır:
Yerli mətbuatın Rusiya KİV-lərinə istinadla yaydığı məlumata əsasən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda qadınlar arasında ən çox piylənmə faizi üzrə reytinqində sonuncu yeri Azərbaycan (15,8%) tutub. Başqa sözlə, araşdırma göstərib ki, Avropada ən incə qadınlar Azərbaycanda yaşayır.

Sehiyye.info xəbər verir ki, endoskopist cərrah, tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev araşdırmanın nəticələrinin həqiqəti əks etdirmədiyini deyib:

“Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization) açıqladığı məlumatlar həqiqətlə uzlaşmır. Azərbaycan üzrə piylənmənin səviyyəsi, yəni artıq çəkinin yayılması kifayət qədər yüksəkdir. Qadınlar arasında 34,1-15,1 faiz təşkil edir və bu, kifayət qədər ciddi göstəricidir. Düşünürəm ki, ən kök insanların olduğu ölkələr sırasındayıq. Həyat tərzimiz və artıq çəkili olmağımız gizli deyil. Azərbaycanda da bütün dünyada olduğu kimi, son 20 il ərzində bu tendensiya artmaqdadır. Düşünmürəm ki, geriyə doğru inkişaf etməkdədir, əksinə göstəricilər çəkinin daha da artması istiqamətində gedir. Piylənmənin artması müasir həyat tərzinin gətirdiyi stress, oturaq həyat tərzi və yüksək kalorili mətbəximizlə əlaqədardır. Bu məlumatın öz əksini tapması üçün ciddi əsaslara ehtiyac var. Belə xəbərlər yazarkən ÜST və ya Dünya Səhiyyə Assambleyasının konkret səhifələrinə istinad etmək lazımdır. Hazırda bu səhifələrdə belə bir məlumata rast gəlmədim”.


Avropada ən incə qadınlar Azərbaycanda yaşamır:
Məlumat üçün bildirək ki, tərtib edilən reytinqdə sondan ikinci yeri zərif cinslərin 16,2 faizinin piylənmədən əziyyət çəkdiyi Moldova tutub. Bosniya və Herseqovina və Ermənistan isə 17,1 faiz göstərici ilə 3-4-cü yerləri bölüşüb.

Rusiyada bu göstərici 18,1%, Gürcüstanda 19,2%, Türkiyədə isə olduqca yüksəkdir - 24,4%.

Результаты исследований ВОЗ

Avropada qadınları piylənmədən ən çox əziyyət çəkən ölkə Macarıstandır - 28,2%.

ÜST həmçinin müqayisə üçün ABŞ-dakı vəziyyəti də göstərib: orada qadınların 35,5%-i artıq çəkilidir.

Reytinqin üst sıralarında həmçinin Böyük Britaniya (26,9%), İrlandiya (25,1%), İspaniya (24,6%), Almaniya (24,2%), Fransa və Ukrayna (hər biri 22%), İtaliya (20,1%) yer alıb.



REKLAM