sehiyye.info

Soyuducudan pis qoxu gəlirsə..

Soyuducudan pis qoxu  gəlirsə..
Soyuducudan gələn pis qoxuların bir neçə səbəbi var.

Sehiyye.info İndependent-ə istinadən soyuducudan gələn pis qoxunun səbəblərini və çarəsini təqdim edir.

Soyuducunu açanda hardan gəldiyini bilmədiyin bir qoxu hiss edirsən? Əksər insanlar tez xarab olan qidaları dondurucuda aylarla təzə saxlaya biləcəklərini düşünürlər. Təəssüf ki, alimlərin fikrincə, bu həmişə belə olmur.

Avstraliyanın Svinburn Texnologiya Universitetinin mikrobiologiya professorları Enzo Palombo və Rozali Hokinq The Conversation jurnalında bu mövzuda məqalə yazıblar.

Onlar bildiriblər ki, soyuducudan gələn pis qoxunun bir neçə səbəbi var.

bunun ilk səbəbi adətən mikroskopik canlılardır. Yəni bakteriya, maya və ya kifdən qaynaqlanır. dondurucular yeməyin xarab olması nəticəsində yaranan mikrobların böyüməsini əhəmiyyətli dərəcədə yavaşlatsa da tədqiqatçıların fikrincə, temperatur -18 dərəcədən yuxarı olduqda bu mikrobların inkişaf edir. Bu, bir neçə saatdan çox elektrik kəsilməsindən sonra və ya birbaşa dondurucuya isti bir şey qoyulduqda da baş verə bilər.

Soyuducuya tökülən yeməklər və qapaqları açıq qalan qablar da mikrobların işə keçməsinə imkan yaradır.

Xoşagəlməz qoxulara səbəb olan təkcə mikrob orqanizmləri deyil. Alimlər dondurucuda bir sıra kimyəvi proseslərin də olduğunu qeyd edirlər.

Müvafiq olaraq, qidanın tərkibindəki su donduqca, üzvi molekullar kondensasiya olunur və çölə atılır. Bunlar uçucudursa, dondurucuda hərəkət edir və başqa şeylərə yapışırlar.

adı çəkilən bəzi uçucu maddələr suyu sevir. Digərləri suyu sevmir və başqa şeylərə yapışır, bu da onların qoxu yaymasına səbəb olur.

Qoxunu aradan qaldırmaq üçün nə etməliyəm?

Əgər siz qidanı hava keçirməyən qaba qoysanız, (şüşə ən yaxşısıdır) bu, bakteriyaların və ya yeməyin özü tərəfindən istehsal edilən aromatik birləşmələrin sərbəst buraxılmasını əhəmiyyətli dərəcədə yavaşLadacaq.
Ağzı qapaqlı qida da ətrafındakı digər qidalardan qoxunu udma ehtimalı olmayacaq və beləliklə pis qoxunun qarşısı alınacaq.

Bununla belə, qoxular artıq əmələ gəlibsə, aşağıdakı addımları yerinə yetirmək olar:

Bütün məhsulları çıxardıqdan sonra rəfləri də çıxarın və soyuducuya yapışan yemek qırıntılarını təəmizləyin. Təmizləyərkən kimyəvi məhsullardan istifadə etməyin. Kimyəvi məhsulların əvəzinə sirkə, soda və ya limonlu sudan istifadə edə bilərsiniz.

Bütün rəfləri və buz bölmələrini yuyun və tam qurumasını gözləyin.

Ərzaqları soyuducuya yerləşdirərkən bir az çörək, soda və ya limon dilimi qoyaraq, qalan qoxuları udmağa kömək edə bilər.//tribuninfo



REKLAM