sehiyye.info

Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...

Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...
Bəzən soyuducunun qapısını açanda gələn qoxu bizi oradan götürəcəyimiz yeməkdən imtina etməyimizə səbəb olur. Soyuducuda saxlanan qidalar üçün onun yaxşı işləməsi ilə bərabər, təmizliyi də əhəmiyyətlidir.

Ağzı açıq qablarda saxlanan qidalar, yuyulmadan qoyulan meyvə, tərəvəz, yumurta soyuducunun içində pis qoxu və bakteriyaların yaranmasına səbəb olur. Soyuducudakı qoxu çox tünd və hopucu olur. Ondan canınızı qurtarmaq elə də asan deyil. Bunun qarşısını almaq üçün soyuducunun mütəmadi olaraq təmizlənməsinə diqqət etmək lazımdır.

Lent.az xarici KİV-ə istinadən soyuducudakı iyi itirmək barədə bir neçə üsulu diqqətinizə çatdırır:

Soyuducudаkı pis qoxudan qurtulmaq üçün əvvəlcə cərəyandan ayırıb bir neçə saat gözləmək lazımdır. Silib təmizləmək, sonra ona bir neçə saat ərzində istirahət vermək lazımdır. İldə bir neçe dəfə soyuducunu tam olaraq təmizləmək, ayda və ya iki həftədən bir isə onun bütün rəflərini yuyub, qapısını və ona taxılmış rezini silmək tövsiyə olunur.

Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...
Soyuducuları kimyəvi vasitələrlə təmizləmək olmaz. Çünki soyuducuların şüşə və plastik səthləri qoruyucu bantla bağlanıb. Belə kimyəvi maddələr həmin qoruyucu təbəqəyə zərər vura bilər. Bu da həmin yerlərə toz, çirk kimi yad maddələrin yerləşməsinə və mikroorqanizmlərin yaranmasına səbəb olur. Bu isə öz növbəsində qidalar üçün təhlükəlidir. Odur ki, soyuducunuzun içini təmizləmək üçün sodalı və ya sirkəli su kimi yüngül təmizləyicilərdən istifadə etməlisiniz.

Soyuducunun iç hissələrini sodalı su ilə bir süngər, yaxud bez vasitəsi ilə təmizləyin. Sonra soyuducunun içi islaq qalmasın, yaxşı qurulayın. Çıxarıla bilən hissələri isə sabunlu su ilə yuyub durulaya və quruduqdan sonra yerləşdirə bilərsiniz. Soyuducunun üstünü və dəstəklərini yuyucu vasitə ilə silib, qurulaya bilərsiniz. Soyuducuya çökmüş pis qoxunu aparmaq üçün təmizlikdən sonra bir az quru çayı ağzı açıq bir qaba qoyub soyuducuda saxlayın.

Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...

Soyuducudan gələn qoxudan qurtulmaq üçün iki yerə bölünmüş alma və ya kartofdan da istifadə etmək olar. Belə təbii qoxu neytrallaşdırıcını 3-5 gündən bir dəyişmək daha yaxşı olar.

Qoxudan azad olmaq üçün daha bir təbii vasitə – soyuducuyа yerləşdirilmiş qara çörək dilimləridir. Soyuducuyа yerləşdirilən qara çörək dilimləri pis qoxunu azaldır. Ətirli quru ədviyyatlar və ədviyyəli otlar soyuducuda xoşagəlməz qoxunu qismən də olsa təmizləyir. Onları profilaktik məqsədlərdə də istifadə etmək olar. Bunun üçün darçın, mixək, vanil, kəklikotu, reyhan, tərxun kimi ədviyyatların 2-3 növünü soyuducunun rəflərinə açıq vəziyyətdə qoymaq lazımdır.



Hazır ətirli məhsulları və yeməkləri ağzı örtülmüş və ya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün xüsusi konteynerlərdən, paketlərdən, folqadan, qapaqlı qablardan istifadə edin. Ət, balıq, quş məhsulları daha da yaxşı bükülmüş olmalıdır. Tərəvəzlər və meyvələr üçün rəflər isə quru olmalıdır.
Soyuducunu təmizləyəndə bunlara əməl edin: Alma, kartof...



REKLAM