sehiyye.info

Ən gec xarab olan 6 ərzaq

Ən gec xarab olan 6 ərzaq
Bu siyahıda qeyd edilən ərzaqları nəvələrinə miras kimi saxlaya bilərsən.

Çünki bəzi qida növləri var ki, onillərlə qaldıqda belə xarab olmur. Ona görə də, bu ərzaqları həmişə yadənda saxla.

Suda həll olunan kofe
Bu cür kofenin germetik paketdə saxlama müddəti 5 ildir. Lakin, onu otaq temperaturunda saxlasan bu müddət 20 ilədək uzana bilər. Soyuducuda saxlandıqda isə artıq bu içkini müddətsiz olaraq saxlamaq mümkündür.

Qeyd etmək lazımdır ki, 10 ildən sonra kofenin dadı istədiyin kimi olmayacaq. Amma dadsız kofe heçnədən daha yaxşıdır.

Quru süd
Bu ərzaq da soyuducuda uzun müddət qala bilər.

Onun saxlama müddəti tərkibindəki yağlılıqdan asılıdır. Yağlılıq nə qədər azdırsa, süd o qədər çox qalır. Belə halda o 20 il ərzində qida kimi qəbul edilə bilər.

Qurudulmuş və ya hisə verilmiş ət
Dədə babalardan bizə qalan basdırma, qaxac və adını bilmədiyimiz bu cür ət məhsulları bizi ac vaxtlarda xilas edə bilər.

Sözsüz ki, müddət keçdikcə ətin dadı xarab olur, acılaşır. Lakin bir balaca qaxac və ya bastırma insana bir və ya bir neçə günlük enerhi verə bilər.

Qalet (quru çörək)
Bu da uzun müddət xarab olmayan və hazırlanması asan olan qida növlərindən biridir.

Qeyd etmək lazımdır ki, yaxın keçmişədək qaletlər bir çox ordunun səhra rasionunun ayrılmaz hissəsi olub.

Bərk spritli içki
Likyor kimi içkilər bir neçə ilə yararsız olduğu halda viski, cin, rom, tekila və vodka kimi spritli içkilər əbədi olaraq saxlana bilər.

Çaxır isə ümumiyyətlə qısa müddətə xarab olur: ağ – təxminən iki, qırmızı – 10 ilə.

Bal
Bu gələcəkdən bəşəriyyət üçün göndərilmiş çox dəyərli nemətdir. Başqa cür əbədi olaraq qala bilən faydalı maddələr xəzinəsini necə izah etmək olar?

Yüksək şəkər səviyyəsi, aşağı su və turşuluq səviyyəsi ilə bağlı balda heç vaxt maya göbələyi və bakteriya olmur. Ona görə də bal dünyanın ən ideal konservantlarından biri sayılır. Minillər boyu insan balı ən sağlam və keyfiyyətli qida növü sayıb və sayır.//gent.az



REKLAM