sehiyye.info

TƏBİB-dən Siyavuş Aslanın oğlunun ölümü ilə bağlı - Açıqlama

TƏBİB-dən Siyavuş Aslanın oğlunun ölümü ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan vəfat edib.

Sehiyye.info xəbər verir ki, TƏBİB sənətçinin oğlunun ölümü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibb xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023-cü il tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.//publika



REKLAM