sehiyye.info

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların - MAAŞI ARTIRILIB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların - MAAŞI ARTIRILIB

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Sehiyye.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.



REKLAM