sehiyye.info

Sahibkar 9 dollar payladı, izdiham yəşandı: 90 ölü-YENİLƏNİB

Sahibkar 9 dollar payladı, izdiham yəşandı: 90 ölü-YENİLƏNİB
Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, insident cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına əsasən, izdiham "bir neçə tacir" tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.//lent.az



REKLAM