sehiyye.info

13 yaşlı ana və övladının vəziyyəti açıqlandı - YENİLƏNİB

13 yaşlı ana və övladının vəziyyəti açıqlandı - YENİLƏNİB
TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, sentyabrın 6-ı, saat 13:30 radələrində Sabunçu rayonunda, ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub", - məlumatda deyilir.

Hazırda ana və uşağın vəziyyətinin stabil olduğu, tibb müəssisəsində müalicələrinin davam etdirildiyi vurğulanıb: "Uşağın çəkisi 3 600 qramdır".

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

-------

09:32

Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirib.

Sehiyye.info lent.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bilirib. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız ev şəraitində uşaq doğub:

"Bəlkə yuxudaydım...Kəmalə xala,13 yaşım var, təcavüzdən uşağım doğulub...
Yuxuda deyildim...Uşağın dedikləri məni bu gecə yuxu görməyə həsrət qoydu...

Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir...".

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a bildirildi ki, hadisə barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra lazımi hüquqi tədbir görüləcək.



REKLAM