sehiyye.info

Marketdə bilərəkdən öskürdüyü üçün 2 il həbs cəzası aldı

Marketdə bilərəkdən öskürdüyü üçün 2 il həbs cəzası aldı
ABŞ-nin Pensilvaniya ştatının sakini Enn Sirko bir supermarketdə koronavirusa yoluxduğunu qışqıraraq nümayişkaranə şəkildə öskürdüyü və yeməyə tüpürdüyü üçün 2 il müddətinə həbs cəzasına məhkum edilib.

Sehiyye.info xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Sirko günahını etiraf edib və üzr istəyib, məhkəmədə vəkili onun SARS-CoV-2 virusuna yoluxmadığını göstərən test nəticələrini də təqdim edib. Lakin hakim qadının hərəkətlərini “tamamilə iyrənc” adlandırıb və ona 8 il sınaq müddəti olmaqla 2 il həbs cəzası verib. Bundan başqa, Sirko dəymiş ziyan qarşılığında 30 min dollar ödəməli olacaq.

Supermarketlər şəbəkəsinin sahibi Co Fasula bildirib ki, hadisədən sonra mağaza rəhbərliyi ümumi dəyəri təxminən 35 min dollar olan məhsulları atıb.
//lent.az



REKLAM