sehiyye.info

Kişilər qadınlardan 5 il niyə az yaşayır? Bu günə qədər bilmədiyimiz FAKTLAR

Kişilər qadınlardan 5 il niyə az yaşayır? Bu günə qədər bilmədiyimiz FAKTLAR
Kişilər qadınlara nisbətən öz sağlamlıqlarına daha az diqqət yetirirlər. Kişilərin həkimə müraciət etmə ehtimalı qadınlardan 25% azdır və tövsiyə olunan sağlamlıq müayinələrindən keçməmək ehtimalı təxminən 40% çoxdur.

Kişilər ürək xəstəlikləri, xərçəng və tənəffüs xəstəliklərindən ölmə riski qadınlarla nisbətdə 1,5 faiz daha çoxdur. Dünyada kişilərin ömür uzunluğu da qadınlardan 5 il azdır.


Bəzi xəstəliklər gen, anatomiya və hormon səviyyələrindəki fərqlərə görə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bununla belə bəzi qadına xas xəstəliklər var ki, həmin xəstəliklərə kişilərin də tutulma ehtimalı böyükdür.

Kişilərə də təsir edə biləcək altı "qadın xəstəliyi”:

Osteoporoz

Osteoporoz (sümük itkisi) sümük sıxlığını azaldır və onu sınıqlara qarşı daha həssas edir. Hər üç qadından biri risk altındadır. Hər 5 kişidən birində bu xəstəliyə rast gəlmək mümkündür. Qadınlar adətən menopozdan sonra sürətli sümük itkisi yaşayırlar. 65-70 yaş arasında kişilər də təxminən eyni sürətlə sümük kütləsini itirirlər.

Böyrək və qalxanabənzər vəz problemləri

D vitamini çatışmazlığı uzun müddət steroidlərə və xərçəng müalicələrinə məruz qalma riskini artırır. Bu xəstəliklər də qadınlarda daha çox rastlansa da, kişilərdə də olma ehtimalı var.

Süd vəzi xərçəngi

Qadınlar daha çox döş toxumasına malik olduqları üçün kişilərə nisbətən daha çox süd vəzi xərçənginə tutulurlar. Dünyada bütün süd vəzi xərçənglərinin yalnız 1%-i kişilərə aiddir. Araşdırmalar göstərir ki, say hər il daha da artır. Çünki kişilər nadir hallarda bu xəstəlikdən şübhələnərək ilk simptomlara reaksiya verirlər. Adətən kişilərdə bu xəstəliyin diaqnozu inkişaf etmiş mərhələdə qoyulur. Daha çox artıq çəkili kişilər risk altındadırlar.

Sidik yollarının infeksiyaları

Sidik yollarının infeksiyaları qadınlarda daha çox rast gəlinir, lakin kişilərdə də baş verə bilər, xüsusilə prostat böyüməsi, böyrək daşları və ya uretranın anormal daralması olan kişilərdərast gəlmə ehtimalı böyükdür.

Depressiya

Qadınlarda hormonal dəyişikliklər, sosial-mədəni rol fərqlilikləri, sosial həyatda həddindən artıq yüklər və cəmiyyətin təzyiqi səbəbiylə depressiya diaqnozu kişilərə nisbətən iki dəfə çox qoyulur. Depressiya zamanı qadınlar daha tez-tez kədərlənir və ağlayır, kişilər isə hirs, əsəbilik, məyusluq və cəsarətsizlik nümayiş etdirirlər. Depressiyada olan kişilər siqaret və ya spirtli içkilərdən daha çox istifadə edirlər. Bu səbəbdən də onlarda bu diaqnoz daha gec qoyula bilər.

Osteoartrit

Osteoartrit (kalsifikasiya), artritin ən çox yayılmış formasıdır. Bu xəstəlik oynaqlarda ağrı, sərtlik və ödem ilə özünü göstərir. Milyonlarla insanı narahat edən bu problem daha çox qadınlarda rast gəlinir. Araşdırmalar göstərir ki, 50-60 yaşlı insanlar arasında qadınlarda bu xəstəlik təxminən 3.5 dəfə daha çox rast gəlinir.



REKLAM