Niyə koronavirusdan ölən kişilərin sayı daha çoxdur? - SƏBƏB
Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir.
Sehiyye.info Modern.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.
Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır:
“Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır. Qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur. Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur”.
Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.