sehiyye.info

Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı

Kişilərin xəstəliyə daha dözümsüz olmasının səbəbləri açıqlandı
Qadınlar təbiətən ağrı və xəstəliklərlə mübarizədə daha dözümlü və səbirlidirlər, onlar daha tez sağalırlar.

Bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov kişilərin qızdırmaya niyə qadınlardan daha davamsız olduğunu izah edərkən bildirib.

Həkimin sözlərinə görə, kişilərə hətta soyuqdəymələrə dözmək daha çətindir. O, bunun bir səbəbi kimi erkən yaşdan pis vərdişlərin olması və vaxtında tibbi müayinəyə az diqqət yetirilməsini göstərib. Həkim bildirib ki, bu hal fəsadların artmasına şərait yaradır.

“Hesab olunur ki, kişilər xəstə olanda vəziyyətlərinin ağırlığını bir qədər şişirdirlər. Çox vaxt bu hətta lağlağı mövzusuna çevrilir. Bu, qadınların təbiətcə daha iradəli, ağrı və xəstəliklərə daha dözümlü olması ilə izah olunur. Bu qismən doğrudur”, - deyə Tyajelnikov bildirib.


O, izah edib ki, qadın orqanizmi uşaq dünyaya gətirməyə uyğun yaradılıb və hormonların təsiri ilə qorunur, ona görə də reproduktiv yaşda olan qadınlarda infarkt və insult daha az olur. Həkim əlavə edib ki, qadının immuniteti patogen mikroblara daha aktiv reaksiya verir, ona görə də virus infeksiyaların öhdəsindən gəlmək daha asandır.

Sonda Tyajelnikov kişilərə xəstəliyin fəsadlarının qarşısını almaq üçün sağlamlıq və profilaktikaya daha çox diqqət yetirməyi, həmçinin pis vərdişlərdən imtina etməyi tövsiyə edib.


//oxu.az



REKLAM