sehiyye.info

Süni mayalanma qadın sağlamlığı üçün təhlükəli ola bilər

Süni mayalanma qadın sağlamlığı üçün təhlükəli ola bilər

Amerikalı alimlər müəyyən ediblər ki, reproduktiv texnologiyaların yardım ilə baş tutan hamiləlikdə təbii şəkildə baş verən mayalanma ilə müqayisədə ağırlaşma riski iki dəfə artıqdır.

Sehiyye.info xəbər verir ki, tədqiqat nəticələri Amerika Kardioloqlar Kollecinin illik elmi sessiyasında təqdim edilib.

Tədqiqatçılar 2,2 milyondan çox qadının tibbi qeydlərini təhlil etdilər. 5874 hamiləliyin reproduktiv texnologiyaların köməyi ilə baş tutduğu qeyd olunub. Elm adamları reproduktiv texnologiyaların istifadəsinin hamiləlikdə preeklampsiya riskini ikiqat artdığını qeyd edib.

Preeklampsiya hamiləlikdə qan təzyiqinin artması nəticəsində orqanlara mümkün zərərin artması deməkdir. Bundan əlavə, preeklampsiya sonrakı yaş dövründə ürək və insult xəstəlikləri riskini artırır.


Müəlliflər yekunda qeyd edib ki, preeklampsiya riskinə görə, qadınları reproduktiv texnologiyalardan etməməlidir, lakin vurğulayıblar ki, daha hərtərəfli tibbi müşahidə ehtiyac var.//publika



REKLAM