Xoşbəxt cütlüklərin 4 əsas SİRRİ
Hər münasibət fərqlidir. Ancaq münasibətdə müəyyən hisslər olmalıdır. Münasibətləri canlı tutan cütlüklər arasında olan sevgi, hörmət və empatiya hissidir.
Aranızda bu hisslər əskik olduqda partnyorunuzla möhkəm bağlar qurmağınız çətinləşir. Münasibətinizdə özünüzü narahat və tənha hiss edirsiniz.
1- SEVGİNİZİ GÖSTƏRİN
Sağlam və xoşbəxt münasibətlərin əsası tərəflərin bir-birini çox sevməsidir. Ancaq bəzi partnyorlar sevgilərini göstərə bilmirlər.
Ancaq sevginizi göstərmədiyiniz zaman həyat yoldaşınızı özünüzdən uzaqlaşdırırsınız. Hər fürsətdə onu sevdiyinizi göstərin. Ona gün ərzində mesajlar göndərin və ya çox sevdiyi bir şeyi hədiyyə edərək kiçik sürprizlər edin.
2- ANLAMAĞA ÇALIŞIN
Münasibətlərdə empatiyanın olmaması pis bir haldır. Münasibətləri rəvan saxlamaq və xoşbəxtliyə nail olmaq üçün qarşı tərəflə empatiya qurmalı və onu başa düşməlisiniz.
Həyatınızdakı insan iş yerində çox stresli və yorucu bir gün keçirmiş ola bilər. Evə gələndə depressiyaya düşə bilər və sizə diqqət yetirə bilmir.
Bu vəziyyəti səhv başa düşməzdən əvvəl, onu anlamağa çalışın. Onunla danışın və gününün necə keçdiyini soruşun. Baş verənləri sizə danışmasını gözləyin.
3- DƏYİŞMƏYƏ ÇALIŞMAYIN
Cütlüklərin münasibətlərində ən çox etdiyi səhvlərdən biri də bir-birlərinin xoşlamadıqları şeyləri dəyişdirməyə çalışmaqdır. Tərəfdaşınızın bəzi mənfi xüsusiyyətləri ola bilər. Heç bir insan mükəmməl deyil. Sən də.
Münasibətinizdə sevdiyiniz şəxsi olduğu kimi qəbul etməyə çalışın.
4- BİRLİKDƏ SƏMƏRƏLİ VAXT KEÇİRİN
Xüsusilə uzun müddətli əlaqələrdə zaman keçdikcə cütlər bir-birlərinə vaxt ayırmağı unudurlar. Onlar öz həyatlarının təlaşında bir-birlərini unutduqda aralarındakı bağlar zəifləyir.
Bu səbəbdən həftənin müəyyən günlərində tək vaxt keçirmək vacibdir. Birlikdə kinoya gedin və ya romantik şam yeməyinə çıxın.//bakupost