sehiyye.info

“Qumarla varlananların bir müddət sonra yenidən vəziyyəti pisləşir” – PSİXOLOQ

“Qumarla varlananların bir müddət sonra yenidən vəziyyəti pisləşir” – PSİXOLOQ
“Əziyyət çəkərək varlanan insan pulunun qədrini bilir”.

Bunu mərc saytlarının insanlara psixoloji zərərindən danışan Fuad Əsədov Busaat.az-a açıqlamasında deyib.


O bilirib ki, dünyanın bir çox yerində insanlar mərc oyunlarına meyl edir: “İnsanların psixologiyasında mərc oyunlarına marağın ortaq xüsusiyyətlərini araşdırıb tapmaq lazımdır. Mərc oyunlarına marağı olan şəxslərin psixologiyasında ortaq xüsusiyyət tez zamanda əziyyətsiz varlanmaq istəyidir. Bu xəyalpərəst istəkdir. Bu istəkdən fayda gözləmək lazım deyil.

Dünyada qumarla zəngin olan bir çox insan nümunəsi var. Ancaq maraqlı məqamdır ki, qumarla varlanan insanlar bir müddət sonra yenidən pis vəziyyətə düçar olur. Buna səbəb nəyi necə qazanmaqdır. Əziyyət çəkərək varlanan insan pulunun qədrini bilir. Düşdüyü zaman qalxmağı bacarır. İnsanlar yaxşı olar ki, asan yoldan varlı olmağı istəməsin. Nəyisə əldə etmək üçün çox çalışmaq vacibdir. Varlanmaq üçün azım gəldikdə elmə, lazım gəldikdə inkişafa sərmayə yatırılmalıdır”.
“Qumarla varlananların bir müddət sonra yenidən vəziyyəti pisləşir” – PSİXOLOQ



REKLAM