sehiyye.info

Azərbaycanlı psixoloq: “Koronavirus qorxulu xəstəlik deyil, hamı yoluxacaq”

Azərbaycanlı psixoloq: “Koronavirus qorxulu xəstəlik deyil, hamı yoluxacaq”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də dünyada yayılmış infeksiyanın adını COVID-19 qoyub və martın 11-də koronavirusu pandemiya elan edib.


Hazırda dünyada pandemiyaya yoluxanların sayı günü-gündən sürətlə artmağa davam edir. Koronavirus artıq insanların psixologiyasına da təsir etməyə başlayır. Xəstəliyə yoluxmayan insanlar ölməkdən, yoluxmadan qorxub özlərini stressə salırlar. Bu da insanlarda xəstəliyə yoluxma risqini daha da artırır.


Bu barədə Modern.az-a açıqlamasında psixoloq Taryel Faziloğlu bildirib ki, koronavirus pandemiyası adi hesab etdiyimiz qripdən daha təhlükəsizdir:
Azərbaycanlı psixoloq: “Koronavirus qorxulu xəstəlik deyil, hamı yoluxacaq”

“Bir az tarixə nəzər salsaq görərik ki, hər 30 ildən bir dünyada ağır qrip virusu yayılır, bütün insanlar bu virusa yoluxur və immunitetləri yenilənir. Koronavirus da qrip virusları qrupuna daxildir. Bu qripin heç bir vaksinasiyası yoxdur və hər kəs bu qripə yoluxacaq. Sadəcə olaraq, koronavirusu bu dərəcədə böyük qorxu, neqativ fikirlərlə insanlara təqdim etmək düzgün deyil. Çünki bu insanlarda qorxu, stress faktorını artırır. Stress hormonu olan kortizol insan bədənində yüksəldiyi zaman bədəni bütün xəstəliklərə açıq vəziyyətə gətirir, immunitet aşağı düşdüyü üçün ən sadə xəstəliyə qarşı gələ bilmir. Bu səbəbdən yoluxanların bəziləri həyatını itirir.

Koronavirusu öldürücü, dəhşətli virus kimi təqdim etdilər və insanlar əlamətlərdən biri aşkarlanan kimi özlərinə psixoloji basqı edirlər. Stresslə xəstələndikləri üçün bədən immuniteti aşağı salır, orqanizm mübarizə aparmır və insan ölümünə səbəb olur”.

Psixoloqun sözlərinə görə, hər kəs koronavirus qripinə yoluxacaq və bundan qorxmaq lazım deyil:


“Koronavirus qripi heç də ən ağır virus hesab edilmir. Sadəcə, əlamətləri digər qrip növlərindən fərqlidir. Dünya alimləri insanların 85-90 faizinin bu virusu yüngül, 10 faizi isə ağır keçirdiklərini deyib. Ümumdünya Səhiyyə Təşkilatının illik açıqlamasında görmək olar ki, qrip virusu nəticəsində 1 il ərzində 60-70 milyon insan həyatını itirir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də bu xəstəliyi neqativ informasiya fonunda verməkdənsə, sıradan bir qrip olduğunu qeyd etməlidirlər. Dövlət rəsmiləri hər kəsin bu vitrusa yoluxacağını əvvəlcədən insanlara çatdırmalıdırlar”.



REKLAM