sehiyye.info

Pişik insanı necə müalicə edir? –Maraqlı

Pişik insanı necə müalicə edir? –Maraqlı
Ən geniş yayılmış ev “şəfaçı”sı pişik sayılır. Ev sahibi onunla etibarlı münasibət qurmağa nail olsa, pişik öz sahibinin xəstə yerlərini tapmaq və müalicə etməyə qabildir. O həmin yerə uzanır, mırıldayır, istisi ilə onu isidir və ağrı yox olur. Pişik ciddi durumda xəstədən bir neçə saat aralanmaya bilər. Statistikaya əsasən, pişik həvəskarları pişiyi olmayanlardan beş dəfə az həkimə üz tutur.



1.Ürək-damar xəsətlikləri zamanı



Pişiyin insanı ürək tutması və hipertonik böhrandan xilas etməyi haqda xeyli əhvalat məlumdur. Hətta pişik mümkün tutma haqda xəbərdarlıq edə bilər. Pişik sahibi bilir ki, sahib möhkəm qəzəblənibsə və yaxud gərginlikdədirsə, onun sevimlisi qılığa girməyə başlayır.

Evdəki pişik təkrar miokard infarktı təhlükəsini azaldır. Təzəlikcə tutması olmuş insan bir neçə dəqiqə ərzində sevimli pişiyi tumarladıqdan sonra onun təzyiq və nəbzi normallaşır.



2.Mədə-bağırsaq yolunun xəstəliyi zamanı



Pişiyi tumarlamaq qida həzmi üçün də faydalıdır. Qısatüklü və yaxud tüksüz pişiklər (sfinkslər, siam pişikləri və s.) mədə-bağırsaq yolunu və sidik-cinsiyyət sistemini digər cinslərdən daha yaxşı müalicə edir.



3. Stres və yorğunluq zamanı



Pişiklər yorğunluq, stres, miqreni götürməyə, təzyiqi aşağı salmağa, nəbzi qaydaya salmağa qabildir. Uzuntüklü pişiklər – Sibir, anqor, İran, Birman, Norveç meşə pişikləri əla psixoterapevt və nevropatoloq sayılır və yuxusuzluq, hövsələsizlik və depressiyadan əziyyət çəkən adamlara yardım edir. Qara pişiklər başqa rəng pişiklərə nisbətən insandan mənfi enerjini iki dəfə çox götürür. Sarı pişiklər müsbət enerji verir. Açıq-sarı pişiklər energetikamızı canlandırır, boz-mavi pişiklər isə sakitləşdirir. Ağ pişiklər isə göstəricilər üzrə misilsiz əczaçıdır.



4.İmmunitetin yüksəlməsi üçün



Pişiyin 4-16 Hers tezliyində səslənən mırıltısını hər gün eşitsək, immunitetə müsbət təsir edər. Alimlər fərz edirlər ki, mırıltı yaranın sağalmasını sürətləndirən, sümükləri uzadan və bərkidən ultrasəs müalicəsinə oxşayır. İran pişikləri oynaqlardakı ağrıları və osteoxondroz simptomlarını yüngülləşdirməyi bacarır.



5.Ömrü uzatmaq üçün



Herontologiya (canlı orqanizmlərin qocalması haqda elm-tərc.) institutunun alimləri pişiklərin öz sahiblərinin ömrünün uzanmasına təsirini araşdırıb və nəticəyə gəliblər ki, ömrüboyu evində pişik saxlayan adam pişiyi olmayandan 10,3 il çox yaşayır. Pişik saxlayanların qan təzyiqi daha yaxşı və qanda xolesterinin miqdarı az olur.



6. Pişiklərin iynə terapiyası



Pişiklər iynə terapevti rolunda çıxış etməyə qabildir: onlar sahibin üzərinə dırmaşarkən mırıldayıb caynaqlarını sancırsa, əsil iynə terapiyası seansındakı kimi refleksogen zonaları qıcıqlandırır.



7. Pişiklər enerji-informasiya cihazı kimi



Bioenergetiklər hesab edirlər ki, pişik əsil enerji-informasiya cihazıdır. Onların fikrincə, pişik tez-tez öz sahibinn başında uzanırsa, çox güman ki, onda hipertoniya və yaxud başağrısına meyllilik var. Pişik sol kürəyin üzərində və yaxud çiyində uzanırsa, bu, ürəkdəki problemlərdən xəbər verir.//strateq.az



REKLAM