Rusiyada pişik koronavirusa yoluxdu.

Rusiyada, beş yaşlı pişikdə koronavirusun olması təsdiqləndi. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat verib.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki,pişikdə virus şübhəsi ilə bağlı boğaz və burun damarlarından analiz götürülmüşdür. Sonradan bu test COVID-19-da müsbət nəticə göstərdi. Hal hazırda pişik olduğu yerdə karantinə götürülüb. Heyvanın və ya sahiblərinin xəstəlik əlamətlərinin olub-olmadığı dəqiqləşdirilməyib.Onların da test olunması və yaxın adamların yoluxması ehtimalı olduğu istisna olunmur.