Xudatda ana və qızı göbələkdən zəhərləndi - ÖLƏN VAR
Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.
Arasdırma.info xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
//publika