sehiyye.info

“Adım kimi əminəm, ölümlər artacaq” – Rəşad Mahmudovdan həkimlərə “bunu etməyin” çağırışı

“Adım kimi əminəm, ölümlər artacaq” – Rəşad Mahmudovdan həkimlərə “bunu etməyin” çağırışı
Tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov kolleqalarına səslənib.

Sehiyye.info bildirir ki, deputat səhiyyəmizin hazırda çətin sınaqdan keçdiyini bildirib və xüsusilə evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara çağırış edib:

"Belə bir vəziyyətdə həkim olaraq heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir”.


R.Mahmudov qeyd edib ki, doğru tibbi taktika qumaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə tərəddüd və qorxuları azalda bilərik:

"Nəticədə dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq. Əlbəttə, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq , hadisəyə münasibətimiz hər zaman xatırlanacaq”.//sfera



REKLAM