sehiyye.info

Qadın sağlamlığı üçün ginekoloqun məsləhəti

Qadın sağlamlığı üçün ginekoloqun məsləhəti
Müasir dünyada bir çox qadın, ginekoloqun qəbulunun və müayinələrinin əhəmiyyətini başa düşsə də, ondan imtina edir. Həkimin qəbuluna qərar vermək mövhumat, ağrı yaşamamaq istəyi və digər səbəblərə görə çətin olur. Halbuki, qeyd etmək lazımdır ki,təkcə qadının ümumi əhvalı, fiziki həyatının keyfiyyəti, fertilliyi deyil, həm də onun gələcək uşaqlarının sağlamlığı məhz qadının reproduktiv sağlamlığından asılıdır. Bəs qadının zərif bədənini və sağlamlığını müxtəlif xəstəliklərdən necə qorumaq olar?
Sehiyye.info mövzu ilə bağlı tanınmış həkim ginekoloq Yaqut Qasımovanın fikirlərini sizə çatdırır:
Yaşından asılı olmayaraq hər qadına ildə ən azı 2 dəfə tam ginekoloji müayinədən keçməyi tövsiyə olunur.. Bir ginekoloq tərəfindən vaxtında müayinə edilməsi, şişin başlanğıc mərhələsini, şübhəli miyomları təyin etməyə, hormonal pozğunluqların və ya sonsuzluğun səbəbini tapmağa kömək edir.
Qadın sağlamlığı üçün ginekoloqun məsləhəti
Hansı hallarda ginekoloqa müraciət olunmalı və tam müayinə keçirilməlidir?
Yuxarıda qeyd etdiyimiz kimi, tam müayinə mütəmadi olaraq aparılmalıdır, lakin aşağıdakı hallarda bu müayinə həddindən artıq vacibdir:
Hamiləliyin planlaşdırılması;
Menstruasiya siklinin pozulması;
Cinsi yolla keçən infeksiyaların ortaya çıxması;
İl ərzində hamilə qalmaq cəhdlərinin nəticə verməməsi;
Süd vəzilərindəki ağrı, döş axıntısı;
Kontrasepsiya üsulunun seçilməsi ilə bağlı konsultasiya və s.
Bundan başqa ana olmağa hazırlaşan qadınlar xüsusilə diqqətli olmalıdırlar.İstənilən virus ana olmaq üçün təhlükəlidir.
Təbii ki,hər bir qadın analıq sevincini yaşamaq arzusundadır. Ancaq nədənsə ,hansı səbəbdənsə bu alınmır və ya gecikir.O zaman məyus olmağa dəyməz.Çünki müxtəlif müalicə metodları ilə sonsuzluğu aradan qaldırmaq mümkündür.
Həkim Yaqut Qasımova onu da qeyd etdi ki, hər bir qadın üçün gündəlik verilə biləcək 5 məsləhətim var:
Hər gün ifrazata xüsusi diqqət yetirin. ...
Təkrarlanan simptomlara laqeyd yanaşmayın. ...
İnfeksiyanın inkişafına kömək edən amillərdən uzaq olun. ...(ayaqların soyuqa verilməməsi və s.)
Təhlükəsiz cinsi əlaqəyə laqeyd yanaşmayın. ...
Mütəmadi olaraq tibbi müayinədən keçin.



REKLAM