sehiyye.info

Bilinməyən bir xəstəlik səbəbiylə qadının qarnı anormal ölçüdə şişdi.

Bilinməyən bir xəstəlik səbəbiylə qadının qarnı anormal ölçüdə şişdi.
Çinin Guizhou əyalətinin bir qadın sakini , məlum olmayan bir xəstəlik səbəbiylə qarnı anormal bir ölçüdə şişdi.
Sehiyye.info Daily Mail-ə istinadən bildirir ki, qarın böyüməyə davam edir.

Huang Guoxian, 36 yaşı var və o, iki uşaq anasıdır, Qarınının 20 kiloqram ağırlığında olduğunu və davamlı böyüdüyünü iddia edilir. Qadın yerli mediada kömək istəməyə qərar verdi, çünki naməlum xəstəlik onun yatmağına,durmağına və uşaqlarının qayğısına qalmağa mane olur. Nəhəng qarın olduğuna görə bir qadını hamilə olduğunu deyənlər də ,az deyil.Lakin qadın belə bir şeyin olmadığını və təcili həkim müayinəsi lazım olduğunu bildirib.
Qadın bundan sonra,müayinə olunub və qarında həddən artıq maye olduğu bilinib.
Həkimlər onun qarnından mayeni çıxarmağa çalışdılar, amma əməliyyat bitən kimi qarın yenidən genişlənməyə başladı. Onu müayinə edən həkimlərdən birinin dediyinə görə, çinli qadında xoşxassəli bir şiş var. Həkimlər qeyd edib ki,yerli Guoxianın xəstəxanası qadının müalicəsini aparmağa hazırdır. İlkin ehtimala görə, əməliyyat ona 30.000 yuan (4300 dollara) başa gələcək. Qadın ianələr hesabına tələb olunan məbləği artırmağa ümid edir.



REKLAM