sehiyye.info

Bol göyərti yeyin,xeyirlidir.

Bol göyərti yeyin,xeyirlidir.
Mütəxəssislər hesab edir ki, gündəlik qidalanmada əsas yeri göyərtilər tutmalıdır. Sağlam qidalanmasının əsas şərtlərindən biri də hər gün müəyyən miqdarda göyərti qəbul etməkdir.

Bəs hansı göyərtinin nəyə faydası var?

Sehiyye.info e-tibb.az-a istinadən bununla bağlı həkim-fitoterapevt Füzuli Hüseynovun fikrilərini təqdim edir:

Əgər dilinizin üstündə ərp varsa, sarımsaq yeyin.

Təzyiqiniz varsa, tərxun və sarımsaq yeyin.

Zobunuz və köpünüz varsa, şüyüd yeyin.

Əgər yeməkdən dərhal sonra mədəniz şişirsə, yeməyinizi keşnişlə yeyin. Keşniş həm də əsəbləri sakitləşdirir.

Ağzınızdan iy gəlirsə yeməyinizi bol cəfəri ilə yeyin. Cəfəri həm də qanı qatılaşdırır, tərkibində K vitamini var ki, qanaxmaya meylliyi insanlara və qan xərçəngindən əziyyət çəkənlərə faydalıdır.

Əgər böyrək və öd daşından əziyyət çəkirsinizsə, kərəvizdən istifadə edin. Kərəviz həm də şiş xəstəliklərinin müalicəsində çox faydalıdır. Müalicə məqsədlə şirəsindən gündə 1 stəkan içə bilərsiniz.

Soğan yeyəndən sonra ağızdan bir müddət soğan iyi gəlsə də, soğan ağız qoxusunu azaldır.

Göyərtinin rəngindəki yaşıl rəng tərkibində oksigen daşıyan xlorofil hüceyrələri ilə zəngindir. Özündə oksigen daşıyan xlorofillər qan damarlarında damarlardan tutmuş kapilyarlara qədər dövr edərək toxumaları oksigenlə təmin edirlər. Göyərtilər həm də probiotik mənbəyidir.



REKLAM