Təzyiqdən əziyyət çəkirsinizsə, bu məhsulu hər gün yeyin
Amerika diyetoloqlar assosiasiyası yüksək arterial təzyiqdən əziyyət çəkən insanlara hər gün lobya yeməyi tövsiyə edirlər.
Sehiyye.info xəbər verir ki, diyetoloqların müşahidələrinə görə, hər gün 120 qr lobya yeyən insanların orqanizmində 3 həftədən sonra xolesterinin səviyyəsi 10% aşağı düşüb.
Həll olunmayan qidalı liflərlə zəngin olan lobya orqanizmdən artıq xolesterini xaric etməyə kömək edir. Nəticədə damarlarda yığılan xolesterin azalır, damarların vəziyyəti yaxşılaşır və bu da yüksək təzyiqin tənzimlənməsinə yardım edir.
Bundan əlavə ekspertlər qəbizlikdən və disbakteriozdan əziyyət çəkən insanlara lobyanı qidalanmaya daha tez-tez daxil etməyi tövsiyə edirlər. Həll olunmayan qidalı liflər bağırsaqların hərəkətliliyini yaxşılaşdırır və həmçinin bağırsaqlarda faydalı mikrofloranın artmasına kömək edir.
Alimlərin fikrinə görə, bundan əlavə lobyanın lifləri düz və yoğun bağırsaq xərçənginin riskini azaldır.//sfera