sehiyye.info

Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü
Bakıda bədbəxt hadisə baş verib.

"Sehiyye.info xəbər verir ki,Report un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



REKLAM