sehiyye.info

Bu il 14 nəfər dəm qazından zəhərləndi, iki uşağın vəziyyəti ağırdır - RƏSMİ

Bu il 14 nəfər dəm qazından zəhərləndi, iki uşağın vəziyyəti ağırdır - RƏSMİ
“Ötən həftə dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Onlardan 9-u qəbul olunub. İkisi azyaşlı uşaqdır”.

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, 10 və 12 yaşlı uşaqların vəziyyəti hələ də ağırdır:

“Mövsümlə bağlı bu cür zəhərlənmə hallarına tez-tez rast gəlirik. Məsləhət görərdik ki, qapalı mühitdə qazla işləyən cihazlara nəzarət olunsun. Hadisə baş verdikdə, zərərçəkənlərə dərhal təhlükəsizlik tədbirləri və ilkin tibbi yardım edilməlidir”.//lent.az



REKLAM