sehiyye.info

Qazaxıstanda yerli koronavirus vaksininin sınaqları başladı

Qazaxıstanda yerli koronavirus vaksininin sınaqları başladı
Qazaxıstanda koronavirusa qarşı “QazCovid-in” adlı peyvəndin klinik sınaqlarına başlanılıb.

Sehiyye.info “QazAqparat”a (“Kazinform”) istinadən xəbər verir ki, Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə, yeni dərman Bioloji Təhlükəsizlik Problemləri Elmi Tədqiqatlar İnstitutunda hazırlanıb.

Sınaqlara 18-50 yaş həddində könüllülər cəlb edilir. Sınaqların birinci mərhələsində 44 nəfərin iştirakı ilə dərmanın təhlükəsizlik səviyyəsi, ikinci mərhələsində 200 nəfərin iştirakı ilə immunogenlik xüsusiyyətləri araşdırılacaq.

Ölkənin təhsil və elm nazirinin müavini Miras Dəvlenovun dediyinə görə, bütövlükdə sınaqlarda iştirak etmək istəyən 688 nəfərin ərizələri təsdiq olunub.//report



REKLAM