sehiyye.info

Koronavirusun müalicəsində yeni ümid: LAMALAR

Koronavirusun müalicəsində yeni ümid: LAMALAR
Dünyanı öz təsiri altına alan koronavirusun müalicəsində yenilik kəşf olundu.

Sehiyye.info Lent.az-a istinadən xəbər verir ki, bu tədqiqat kiçik bir qan nümunəsi istifadə etmək şərti ilə "BBC News" tərəfindən araşdırma olaraq aparılır.

Araşdırmalara əsasən, İngiltərənin elm adamlarının fikrinə görə, bu xəstəliyi məğlub etməyin açarı lamaların qanında ola bilər. Alimlər koronavirusun müalicəsi üçün lamaların qanında yaranan antikorlardan istifadə ediblər. Tədqiqatçılar Covid-2-a səbəb olan SARS-CoV-19 koronavirusunu zərərsizləşdirə bilən antikorları inkişaf etdirməyə müvəffəq olublar. Virusun hüceyrəyə daxil olduğu sünbülləri blok etməklə antikorlar infeksiyanın yayılmasını dayandıra bilər. Lama antikorları insanda olandan daha sadədir. Bu da tədqiqatları asanlaşdırır.

Nəticə əldə etmək üçün, əvvəlcə heyvanlar baytar tərəfindən yoxlanılmalı, daha sonra qanından istifadə olunmalıdır. Tədqiqat üçün ayrılan lamalar hazırda fermada otlayırlar və onlar çox xoşbəxt görünürlər.



REKLAM