sehiyye.info

Koronavirusun daha bir təhlükəli xüsusiyyətləri üzə çıxdı

Koronavirusun daha bir təhlükəli xüsusiyyətləri üzə çıxdı
Şri Lanka Milli Xəstəxanasının həkimləri SARS-CoV-2 virusunun endokrin pozulmasına səbəb ola və bununla əlaqəli xəstələrin vəziyyətini pisləşdirə biləcəyini müəyyən edib.

Sehiyye.info xəbər verir ki, patogenin yeni təhlükəsi barədə “EurekAlert!.” məlumat yayıb.

Mütəxəssislər 2003-cü ildə SARS-CoV-1 virusuna yoluxmuş insanların sağlamlıq vəziyyətini öyrənib. Xəstəlikdən sonra bir çox xəstədə yorğunluqla xarakterizə olunan viral sindrom inkişaf edib. Bu, kortizol ifraz etməyən böyrəküstü vəzinin funksiyanın pozulmasına səbəb bilər. Səbəbi kimi böyrəküstü vəzilərini tənzimləyən hipofiz sistemindəki nasazlıq göstərilib. Bir il ərzində xəstələr tamamilə normal vəziyyətə qayıdıb.

Yeni növ koronavirusun patogen xüsusiyyətləri patogenin bir çox toxumada, o cümlədən endokrin sistemdə aktiv olan insan hüceyrə reseptoru ACE2 ilə birləşməsi ilə izah olunur. Bu, hüceyrələri yoluxdurur, hormon ifrazının pozulmasına səbəb olur.

Alimlərin fikrincə, COVID-19 xəstələrinin müalicəsində kortizol çatışmazlığını yoxlanılması və steroidlərlə pasiyentlərin müalicəsi effektiv strategiya ola bilər. "Deksametazon" steroidi ilə müalicə olunan COVID-19 xəstələrində ölüm hallarının azaldılması artıq nümayiş olunmuşdur. Amma "Deksametazon" mütləq həkim nəzarəti ilə qəbul edilməlidir.//Publika



REKLAM