sehiyye.info

Bu dərmanla bağlı xəbərdarlıq edildi

Bu dərmanla bağlı xəbərdarlıq edildi
"Hazırda "Dektametazon" dərmanı ilə müalicə ölkəmizdə də tətbiq olunur".

Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu, yeni müalicə üsulu deyil, həmişə tətbiq olunub. Bu dərmandan bronxial astma, arı sancması zamanı da istifadə oluna bilər. Məqsəd virusun orqanizm toxumasını zədələməsinin qarşısını almaqdır. Lakin vətəndaşlar bu dərmandan reseptsiz istifadə etdiyi təqdirdə immunitet sistemini zəiflədə bilərlər".

Nazirlər kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov əlavə edib ki, vətəndaşlar apteklərdəki bu dərmanı reseptsiz olaraq alıblar: "Reseptsiz alınan dərmanların istifadəsi yolverilməzdir. Son mərhələlərdə virusun verdiyi zədə nəticəsində toxumanı xilas etmək üçün sözügedən dərmandan istifadə edirik.Publika.az



REKLAM