sehiyye.info

Vətəndaşlar immun sistemini sıradan çıxara bilərlər - XƏBƏRDARLIQ

Vətəndaşlar immun sistemini sıradan çıxara bilərlər - XƏBƏRDARLIQ
Məlumat almışıq ki, bu gün apteklərdən deksametazon dərmanı ilə maraqlananlar olub. Amma vətəndaşlar bu dərmanı COVİD-19-a qarşı profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemlərini sıradan çıxara bilərələr.

Səhiyyə.infonun məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu hala qətiyyən yol vermək olmaz: “Azərbaycanda virusla bağlı bütün müalicə protokolları tətbiq edilir. Deksametazon isə yenilik deyil. Bu dərman həmişə iltihab əleyhinə müalicə kimi istifadə edilib”.Trend



REKLAM