sehiyye.info

Asimptomatik xəstələr evdə müalicə alacaq

Asimptomatik xəstələr evdə müalicə alacaq
"Son günlər Bakı xəstəxanalarında 85 faizədək doluluq müşahidə olunub".

Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, bu səbəblə modul tipli xəstəxanalardan biri sınaqdan keçib:

"Eyni zamanda asimptomatik xəstələrin evdə müalicə olunması üçün qərar qəbul olundu. O xəstələr yoxlanışdan keçib, ev şəraitində TƏBİB-in nəzarəti altında müalicə alacaqlar. Paralel olaraq "ETEBİB"mobil tətbiqi vasitəsilə bu xəstələri nəzarət altında saxlayacağıq".

Onun sözlərinə görə, bu müddətdə 14 gün karantin müddəti vacibdir: "Ayrı ayrı saatlarda ev telefonu vasitəsilə vətəndaşlarla mütəmadi əlaqə saxlanılacaqdır. Bu gün xəstələrimizin böyük əksəriyyətinin xəstəxanaya yerləşdirilməsini təmin etmişik".

O əlavə edib ki, qarşıdakı günlərdə yoluxanların sağalanalr arasında fərqin artmasından asılı olaraq epidemioloji vəziyyətin nəzarətə götürülməsi ilə bağlı qərar qəbul olunub: "Ümid edirik ki, vətəndaşlar onlara təqdim olunan statistik göstəriciləri nəzərə alaraq qaydalara riayət edəcəklər"Publika.az



REKLAM