sehiyye.info

Azərbaycanda koronavirusa yoluxan daha 113 nəfər tapıldı, ölənimiz də var

Azərbaycanda koronavirusa yoluxan daha 113 nəfər tapıldı, ölənimiz də var
"İndiyə qədər 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir”

"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayev deyib.

Y. Qarayeva bildirib ki, bu gün 1 nəfər vəfat edib: "İndiyə qədər 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir. 40 nəfər isə xəstəlikdən vəfat edib”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək 235 910 test aparılıb.



REKLAM