sehiyye.info

Conson koronavirus peyvəndi ilə bağlı qorxulu bəyanat verib

Conson koronavirus peyvəndi ilə bağlı qorxulu bəyanat verib

Dünyanı kabus kimi bürüyən koronavirusunun (covid-19) mərkəzlərindən biri olan İngiltərənin Baş naziri Boris Consondan şok açıqlama gəldi. Conson, "Heç vaxt peyvənd tapa bilmərik" deyərək gündəmə bomba kimi xəbər sızdırdı.



Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, Boris Conson bildirmişdir ki, yeni növ koronavirusun (covid-19) peyvəndi və ya müalicəsi tapılması bir ildən çox vaxt çəkə bilər və ən pis halda peyvənd heç vaxt tapıla bilməz.

Baş nazir, Kovid-19 tədbirlərinin necə qaldırılacağını göstərən 50 səhifəlik yol xəritəsi yayımlayıb.

Sənəddə anti-epidemik peyvənd və müalicənin vacibliyini qeyd edən Conson, Oksford Universiteti ilə dərman nəhəngi AstraZeneca arasındakı razılaşmaya toxunub.
"Kütləvi bir peyvənd və ya müalicə tapmaq bir ildən çox vaxt çəkə bilər. Ən pis vəziyyətdə heç vaxt peyvəndi tapa bilməyəcəyik" deyib.



REKLAM