sehiyye.info

Yeni sprey formasında bint icad edildi - Yaraya sadəcə püskürdülür

Yeni sprey formasında bint icad edildi - Yaraya sadəcə püskürdülür
Amerikalı alimlər yeni sprey bint icad edib. Bu spreylər çox insanları xilas edəcək.
Sehiyye.info medicina.az-a istinadən bildirir ki, artıq bint sarğılar tarixə qovuşur.
Elektrospinninq metodu ilə işləyəcək sprey vasitəsilə yara, kəsik nayihəsinə nazik polimer liflərdən ibarət örtük çəkiləcək. Bu spreyin tərkibində artıq dezinfeksiya edici maddələr, dərmanlar olacaq.
Balon formasında spreylər yaranı qısa müddətdə infeksiyadan qorumaq, tez sağalmasını təmin edəcək.
Hətta tibbi yardım əlçatmaz olan ucqar bölgələrdə bu sprey həyat qurtaracaq.



REKLAM