sehiyye.info

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 81 yaşlı qadın üzərində zəhərli zob əməliyyatı həyata keçirilib

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 81 yaşlı qadın üzərində zəhərli zob əməliyyatı həyata keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub. Belə ki, 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib. Cərrahi müdaxilə uğurla yekunlaşıb.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, klinikanın cərrah endokrinoloqu Azər Hümmətovun verdiyi məlumata görə, xəstə son bir il ərzində zəhərli zob səbəbi ilə dərman müalicəsi alıb. Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub: “Digər xəstəxanalarda xəstənin yaşına görə əməliyyat riskli sayıldığından buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlanıb və total tireoidektomiya əməliyyatı icra olunub. Əməliyyat uğurla başa çatıb.(Azərtac)



REKLAM