sehiyye.info

GMO-lu məhsullar zəhərlidir.

GMO-lu məhsullar zəhərlidir.
Bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır. Məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GMO məhsullardan istifadədə görür.

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də demək olar ki, GMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Aidə Bəndəliyeva – Ekspert: "Bu məhsullarla qidalanan insanlarda allergik xəstəliklər, sonsuzluq və müxtəlif mənşəyi bilinməyən patalogiyaların meydana çıxması, xərçəng xəstəliyinin geniş vüsət alması halları müşahidə olunmağa başlayıb. Körpələrin belə qidalarla qidalanması onların immun sisteminin körpə yaşlarından pozulmasına və digər fəsadların meydana çıxmasına səbəb olur”.

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Aidə Bəndəliyeva – Ekspert: "Həmin məhsulların həm görünüşləri, həm də uzun müddət saxlanabilmə xüsusiyyətinə malik olması daha diqqət çəkir”.

Əksər inkişaf etmiş ölkələrdə genetik modivikasiya olunmuş məhsullara qadağa qoyulub. Azərbaycanda isə GMO məhsullar "Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun”a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər.(ARB TV)



REKLAM