Dadlı sosislər ziyanlıdırmı...
Sosis həvəskarları üçün bu bir sehrli çubuqdur.Marketlərin vitrinlərində də,çeşid-çeşid göz oxşayan kolbasa və sosis məhsulları düzülüb.Aldın,atdın qazana,5 dəqiqəyə hazırdı.Ləzzətlə də yedin.Lakin, biz sosis alanda keyfiyyətə fikir veririk mi,onların tərkibi haqqında məlumatımız varmı?
Təbii ki,əksəriyyət bu kimi hallara fikir vermir.O baxımdan keyfiyyətli və ya keyfiyyətsiz məhsulu seçmək mümkün olmur.
Kolbasa və sosis məhsulların tərkibi fosfatlar, nitritlər, nitratlar və digər kimyəvi maddələrlə doludur. Bəli, bunlar hamısı sosisləri daha dadlı və cəlbedici edir, lakin tamamilə faydalı deyil.
Səhiyyə.info xarici mətbuata istinadən xəbər verirki,kolbasa və sosislər insanlarda asılılıq yaradır.
Bundan əlavə, bu növ məhsullar çox sayda konservantlardan ibarətdir ki, bir insana asılılıq vəziyyətindədir. Bir insanın dad budsları bu zövqə alışmış olur və artıq başqa bir yemək təzə və belə iştahaaçan deyil.Tərkibindəki ət isə 10-30 faiz təşkil edir.O da,ət olsa...Yəni sosislərə toyuq dərisi,mal ətinin qalıqları,donuzun dərisi,piy və s.qatılır.Bundan başqa sosislərin tərkibində protein stabilizatorları və protein yağ emulsiyaları,soya zülalı,kraxmal,un,nişasta və s.vurulur.Amma bu nədənsə ət məhsulu sayılır.Sovet dövründə kolbasa və sosislərə 50% ət vururdular.İndi isə istehsalçı daha çox mənfəət əldə etmək üçün ətini azaldıb.
İnsan üçün zərərli olması baxımından,deyə bilərik ki, uşaqlarda bu məhsulun tərkibi tez-tez allergik reaksiyalara və həzm xəstəliklərinə səbəb ola bilər.Sosiskaya alışdıqdan sonra uşaqlar daima pişirməyi tələb edirlər və bu hal onlar üçün hər cür xroniki xəstəliklərə yol aça bilər.
Mümkün qədər uşaqlara kolbasa və sosisləri az vermək lazımdır.Xüsusilə 3 yaşa qədər uşaqların sümüklərinin bərkiməsi lazımdır.Bu kimyəvi tərkib isə ziyanlıdır.Böyüklər də asılılıq yaranmasın deyə həftədə bir dəfə yayə bilərlər.