sehiyye.info

Qida bizi öldürür: dünyada hər beş nəfərdən biri qeyri-sağlam qidadan ölür

Qida bizi öldürür: dünyada hər beş nəfərdən biri qeyri-sağlam qidadan ölür
Alimlər deyirlər ki, qeyri-sağlam qidalanma hər il 11 milyon insanın ölümünə səbəb olur.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,ən nüfuzlu tibb jurnallarından biri olan Lancet gündəlik qidalanmamızın siqaretdən daha zərərli olduğunu və dünyada hər beş ölümdən birinin səbəbi olduğunu göstərən bir araşdırma yayımlayıb.
Alimləri köklük problemi deyil, ürəyə zərər verən və xərçəngə səbəb olan düzgün qidalanmama problemi maraqlandırırdı.

Çörəyin, soya sousunun və ya işlənmiş qidaların tərkibindəki duz insanı ən zəiflədən və ömrünü qısaldanlardan biridir.
Müstəqil araşdırma təşkilatı The Global Burden of Disease tərəfindən aparılan araşdırmada ömrü qısaldan yemək vərdişləri müəyyən edilib.

Beləliklə, dünyada insanların əksəriyyəti aşağıdakılardan ölür:

Artıq duz - 3 milyon ölüm
Taxıl məhsullarının qeyri-adekvat istehlakı - 3 milyon ölüm
Meyvə (vitamin) çatışmazlığı - 2 milyon ölüm
Araşdırmalara görə bizi öldürən əsas 3 qida məhsuludur:
Duz,şəkər və soya yağları...Hansı ki,bütün qida məhsullarında istifadə olunur.



REKLAM